Sənaye obyektlərinin müayinəsi çox vaxt hündürlükdə, geniş ərazidə və ya təhlükəli mühitdə aparılır. Dron insanı riskə atmadan və obyekti dayandırmadan məlumat toplayır; termal kamera, LIDAR və qaz sensoru ilə gözlə görünməyəni də göstərir.
Enerji xətləri
- LIDAR dəhliz yoxlaması: naqil ilə ağaclar arasındakı məsafə və dirəklərin vəziyyəti ölçülür.
- Termal müayinə: izolyator və birləşmə nöqtələrindəki qızmalar aşkarlanır.
Bərpa olunan enerji
- Külək turbinləri: pərlərdə çat və korroziya yoxlaması.
- Günəş panelləri: termal kamera ilə nasaz panellərin aşkarlanması.
Qaz ölçümü
Sniffer sensoru ilə qaz sızmasının aşkarlanması və hava keyfiyyətinin ölçülməsi aparılır; komanda təhlükəli zonaya girmədən məlumat toplanır.
Avtonom təhlükəsizlik və yanğın riski
- DJI Dock 3 + Matrice 4D: süni intellekt dəstəkli, 7/24 avtonom təhlükəsizlik patrulu.
- Yanğın riski: termal kamera ilə erkən aşkarlama.