Məzmuna keç
Sertifikat yoxla

Azərbaycan40.41° N · 49.87° EBakı

Səmadansahəyə.

Kənd təsərrüfatında dərmanlama və gübrələmə, xəritəçəkmə və LIDAR, rəqəmsal əkiz, sənaye yoxlaması və PUA pilot təlimi — Azərbaycanın hər yerində.

24 000+ ha kənd təsərrüfatı işi3 986 ha xəritələnmiş ərazi87 sənaye pilotu2 rəqəmsal əkiz layihəsi
DJI Agras dronu kənd təsərrüfatı sahəsi üzərində

01 · Dərmanlama dronuDJI Agras T50 / T70P

Hər hektardadəqiqlik.

  • Hər hektara eyni doza, tapdalanmadan.
  • RTK ilə santimetr dəqiqliyi, hər işə hesabat.
  • Bir dronla gündə orta hesabla 100 hektar.
  • Dar və çətin sahədə də, bitkiyə toxunmadan.
FLIGHT PATHRTK POSITIONINGCOVERAGE AREAAPPLICATION ZONE
DJI Agras T50 · sahədə

02 · Gübrələmə dronuDJI Agras T50 / T70P · səpici

Gübrə və toxumbərabərsəpilir.

Səpici sistemlə dənəvər gübrə və toxum geniş zolaqla, hər yerə eyni normada düşür. Sahəyə texnika girmir, əkin tapdalanmır.

SPREADINGVARIABLE RATERTKGRANULE
DJI Agras dronu ilə gübrə səpini

03 · Multispektral analizDJI Mavic 3M

Məlumatdanqərara.

Eyni tarla, iki baxış: adi görüntü və NDVI. Problem zonaları gözlə görünməmişdən əvvəl xəritədə görünür. Xəritədə bir sahəyə toxunun.

DEMO · nümunə məlumat, real sahə analizi deyil
Tarla görüntüsü və NDVI xəritəsi

04 · XəritəçəkməMatrice 400 · Zenmuse P1

Böyük ərazilər.Santimetr dəqiqliyi.

Yüksək ayırdetməli kamera və LIDAR ilə ərazini skan edir, CBS üçün hazır, dəqiq məkan məlumatı hazırlayırıq.

ORTHOPHOTOPHOTOGRAMMETRYGSD 1–3 CMRTK
Xəritəçəkmə və LIDAR

04 · Xəritəçəkmə · LIDARMatrice 400 + Zenmuse P1 / L3

Görünməyəniölçürük.

Kontur xətləri yüksəlib relyefə çevrilir, lazer ərazini nöqtə-nöqtə ölçür. Nəticə: ortofoto, nöqtə buludu və 3D model.

Vizual konsept · real layihə məlumatı deyil
LIDAR nöqtə buludu

05 · Rəqəmsal əkizSənaye · enerji · tikinti

Fiziki dünyanınrəqəmsaləkizi.

Obyektinizin dronla çəkilmiş dəqiq 3D modeli sensor məlumatları ilə canlı idarə olunur. Sensor nöqtəsinə toxunun.

Konsept obyekt · sensor dəyərləri DEMO
Rəqəmsal əkiz modeli

06 · Sənaye həlləriMatrice 4 · Dock 3

Havadan yoxlama.Dəqiq məlumat.

Xəritəçəkmə, qaz ölçümü, enerji infrastrukturu, təhlükəsizlik və rəqəmsal həllər — yüksək texnologiyalı dron sistemləri ilə.

Sənaye həlləri

07 · Dron şousuSwarm

Səmanı kətanınızaçevirin.

Yüzlərlə dronla sinxron işıq şouları və nəhəng ekran reklamları.

Dron şousu
Dron şousu

08 · DJI texniki servisDJI Matrice 350 RTK

DJI dronlarınızhəmişə uçuşa hazır.

DJI-nin səlahiyyətli dileri və servis tərəfdaşı kimi baxım, təmir və yerində texniki dəstək.

DJI texniki servis

Təlim mərkəziSertifikatlı proqramlar

Gələcəyinpilotlarınıhazırlayırıq.

Nəzəri və praktiki dərslər, sahədə uçuş. Kursu bitirənlər sertifikat alır; sertifikatı saytda FİN kodu ilə yoxlamaq olar.

Təlim · sahə praktikası

09 · Sertifikat təlimi36 saat · ICAO standartları

Təsdiqlənmişdron pilotu sertifikatı.

Beynəlxalq standartlara uyğun peşəkar dron pilotu təlimi. Sertifikatınız FİN kodu ilə yoxlanıla bilər.

36 saatICAO standartlarıTəsdiqlənmiş sertifikat
Sertifikat təlimi36 saat
  • Müddət36 saat
  • Bölgü16 nəzəri · 8 texniki · 12 praktik
  • Qrupmaks. 16 · min. 10 nəfər
  • Tarixlərqrup tamamlandıqca, hər həftə
  1. Nəzəri · 16 saatAviasiya qanunvericiliyi · PUA sistemləri · Meteorologiya · Naviqasiya və hava sahəsi · Təhlükəsizlik prosedurları
  2. Texniki · 8 saatPUA avadanlıq bilikləri · Motor və pərvanə sistemləri · Batareya texnologiyaları · Sensor sistemləri · Baxım və təmir
  3. Praktik · 12 saatUçuşdan əvvəl yoxlamalar · Əsas uçuş manevrləri · Avtonom uçuş · Təcili vəziyyət prosedurları · İmtahan hazırlığı

10 · Kənd təsərrüfatı dron təlimi36 saat · Sahədə praktika

Kənd təsərrüfatındadron istifadəsini öyrənin.

Hobbi və şəxsi inkişaf yönümlü təlim. Sonunda iştirak sertifikatı verilir.

36 saatSahədə praktikaİştirak sertifikatı
Təlim proqramı.36 saat
  1. Əsas hissə · 12 saatNəzəri biliklərPUA qaydaları və kənd təsərrüfatı uçuşları · Bitki mühafizə vasitələri: növ, etiket, doza, qarışıq · Meteorologiya: külək, temperatur, rütubət, drift · DJI Agras sistemi: radar, RTK, çiləmə və səpin · Təhlükəsizlik və fərdi qoruyucu vasitələr
  2. Modul 1 · 10 saatDronla dərmanlamaDJI Agras T50 / T70P-nin qurulması · RTK baza və şəbəkə RTK · Sahə sərhədi və maneələrin xəritəyə salınması · Norma (L/ha), hündürlük, sürət və çiləmə eni · Nozzle və damcı ölçüsü seçimi, drifti azaltmaq
  3. Modul 2 · 6 saatGübrələmə və toxum səpiniSəpin sisteminin quraşdırılması · Kalibrasiya: qranul ölçüsü və axın · Norma (kq/ha) və bunker hesabı · Reçete xəritəsi ilə zonalı səpin
  4. Modul 3 · 6 saatMultispektral analizDJI Mavic 3M ilə çəkiliş planı · Günəş sensoru və kalibrasiya · NDVI / NDRE xəritələrinin hazırlanması · Problem zonalarının şərhi və reçete xəritəsi
  5. Yekun · 2 saatQiymətləndirməSahədə praktik uçuş · Yazılı test · İştirak sertifikatının təqdimi

Ümumi şərtlər

18 yaşını doldurmuş Azərbaycan vətəndaşları · Ən azı orta məktəb məzunu · İngilis dili əsas səviyyə (ICAO Level 2) · Fermerlər və aqronomlar · Sənayedə dron istifadə etmək istəyən mütəxəssislər · Yeni peşə istəyən gənc sahibkarlar

11 · Xəritəçəkmə və CBS təlimi40 saat · 5 gün · Matrice 400 · P1 · L3

Havadan ölçün,xəritəyə çevirin.

Uçuş planından təhvil verilən CBS faylına qədər — real layihə axını ilə 40 saatlıq peşəkar proqram.

40 saat · 5 günMatrice 400 · P1 · L3Real layihə
Təlim proqramı.40 saat · 5 gün
  • Müddət40 saat · 5 gün
  • Bölgü16 nəzəri · 24 praktik
  • Qrupmaks. 8 nəfər
  • Ön şərtPUA sertifikatı və ya uçuş təcrübəsi
  1. Modul 1 · 6 saatÖlçmənin əsaslarıKoordinat sistemləri: WGS84, UTM · GSD, üst-üstə düşmə və uçuş hündürlüyü · RTK, PPK və yer nəzarət nöqtələri (GCP) · Dəqiqlik tələbləri və yoxlama nöqtələri
  2. Modul 2 · 10 saatFotoqrametriyaMatrice 400 + Zenmuse P1, Matrice 4E · DJI Pilot 2 ilə uçuş planı: nadir və oblik · GCP-nin qoyulması və ölçülməsi · DJI Terra ilə ortofoto, DSM və 3D model
  3. Modul 3 · 8 saatLIDAR ilə ölçməZenmuse L3-ün iş prinsipi və çoxlu əks-siqnal · Uçuş parametrləri və skan sıxlığı · Nöqtə buludunun təsnifatı: yer, bitki, bina · DTM, kontur xətləri və en kəsikləri
  4. Modul 4 · 8 saatCBS və məlumat təhviliQGIS ilə qatlar və vektorlaşdırma · Sahə, həcm və məsafə hesablamaları · SHP, GeoTIFF, LAS/LAZ, DWG/DXF, KML · Qurum standartına uyğun verilənlər bazası
  5. Modul 5 · 6 saatRəqəmsal əkiz və 3DOblik çəkiliş ilə bina modeli · Mesh, tekstura və ölçülə bilən model · BIM / CAD ilə inteqrasiya · 360° virtual tur hazırlanması
  6. Yekun · 2 saatLayihə və qiymətləndirməReal sahədə tam layihə: plan, uçuş, emal · Dəqiqlik hesabatı · Nəticələrin təqdimatı

Kimlər üçündür?

Geodeziya və kartoqrafiya mütəxəssisləri · Tikinti, mədən və infrastruktur mühəndisləri · Kənd təsərrüfatı və torpaq idarəçiliyi mütəxəssisləri · Dövlət qurumlarının CBS əməkdaşları · Xəritəçəkmə xidməti qurmaq istəyən pilotlar

12 · Sənaye yoxlaması və termal32 saat · 4 gün · Termal kamera

Enerji obyektlərinihavadan yoxlayın.

Elektrik xətləri, günəş panelləri və külək turbinləri üçün termal yoxlama — təhlükəsiz uçuşdan peşəkar hesabata qədər.

32 saat · 4 günTermal kameraHesabat
Təlim proqramı.32 saat · 4 gün
  • Müddət32 saat · 4 gün
  • Bölgü14 nəzəri · 18 praktik
  • Qrupmaks. 8 nəfər
  • Ön şərtPUA sertifikatı
  1. Modul 1 · 6 saatTəhlükəsizlik və planlamaYüksək gərginlik yaxınlığında uçuş qaydaları · Elektromaqnit təsiri və təhlükəsiz məsafə · Risk qiymətləndirməsi və icazələr · Ekip rolları və rabitə
  2. Modul 2 · 8 saatTermoqrafiyanın əsaslarıRadiometrik termal görüntü · Emissivlik, əks olunma və ölçmə xətaları · Hava şəraiti və çəkiliş vaxtı · Palitralar və temperatur fərqi (ΔT)
  3. Modul 3 · 6 saatElektrik xətləriDayaq, izolyator və naqil yoxlaması · Zoom və termal ilə qızmış birləşmələr · LIDAR ilə dəhliz analizi: naqil–ağac məsafəsi
  4. Modul 4 · 6 saatGünəş və külək stansiyalarıPanel qızmar nöqtələri, diod və string xətaları · Sistemli uçuş planı və mozaika · Külək turbini qanadlarının vizual yoxlaması
  5. Modul 5 · 4 saatQaz ölçümü və hesabatSniffer sensorları ilə qaz ölçümünün əsasları · Qüsurların təsnifatı və prioritet · Hesabat şablonu və xəritədə göstərmə
  6. Yekun · 2 saatPraktik imtahanSsenari üzrə yoxlama uçuşu · Termal analiz · Hesabatın təqdimatı

Kimlər üçündür?

Enerji şirkətlərinin texniki heyəti · Günəş və külək stansiyalarının operatorları · Sənaye müəssisələrində əməyin təhlükəsizliyi mütəxəssisləri · Yoxlama xidməti göstərmək istəyən pilotlar

13 · Korporativ əməliyyat təlimiŞirkətə uyğun · Sizin parkınız

Öz dron komandanızıqurun.

Şirkətinizin parkına, sahələrinə və hədəflərinə uyğun hazırlanan proqram — təlimdən ilk əməliyyatlara qədər yanınızdayıq.

Şirkətə uyğunSizin parkınızSahədə mentorluq
Təlim proqramı.Şirkətə uyğun
  • Müddətşirkətə görə, adətən 3–10 gün
  • Yersizin sahəniz və ya təlim mərkəzimiz
  • Qrupşirkət komandası
  • Avadanlıqsizin parkınız və ya bizim
  1. Addım 1Ehtiyac analiziMövcud park, sahələr və hədəflər · Komandanın təcrübə səviyyəsi · Proqramın və təqvimin hazırlanması
  2. Addım 2Peşə modullarıKənd təsərrüfatı: dərmanlama, gübrələmə, analiz · Xəritəçəkmə və CBS · Sənaye yoxlaması və termal
  3. Addım 3Əməliyyat idarəsiEkip strukturu: pilot, köməkçi, logistika · Mövsüm planlaması, batareya və generator logistikası · Gündəlik uçuş və iş hesabatı
  4. Addım 4Təhlükəsizlik sistemiStandart əməliyyat prosedurları (SOP) · Uçuşdan əvvəl və sonra yoxlama siyahıları · Risk matrisi və insident hesabatı
  5. Addım 5Baxım planıGündəlik və dövri baxım qrafiki · Batareyaların qulluğu · Ehtiyat hissə ehtiyatı
  6. Addım 6Sahədə mentorluqİlk əməliyyatlarda təlimatçı dəstəyi · Nəticələrin birgə təhlili · Təkmilləşdirmə tövsiyələri

Kimlər üçündür?

Aqroholdinqlər və iri fermer təsərrüfatları · Enerji, neft-qaz və tikinti şirkətləri · Dövlət qurumları və bələdiyyələr · Öz dron bölməsini qurmaq istəyən istənilən şirkət

14 · Haqqımızda2024-dən Azərbaycanda

Bizkimik?

Dron istehsal edən, pilot yetişdirən və hər gün sahədə uçan bir komanda. Bu gün DJI Agras T50 və T70P parkımızla Azərbaycanın bütün rayonlarında işləyir, təlim mərkəzimizdə pilot yetişdirir, xəritəçəkmə və rəqəmsal əkizdən dron şousuna qədər geniş xidmət göstəririk.

Əlaqə
Hekayəmiz3 × T50 · 2 × T70P · Bütün rayonlar
  • 24 000+ haKənd təsərrüfatı
  • 3 986 haXəritəçəkmə
  • 2 layihəRəqəmsal əkiz
  • 87Yetişdirilmiş sənaye pilotu

Yolumuz.

  1. BaşlanğıcEmalatxanadan səmaya
  2. TürkiyəRəsmi sertifikat qurumu
  3. 2024Azərbaycana gəliş
  4. 2025Təlim mərkəzi
  5. 2026Azera Drones
  6. Bu günKənd təsərrüfatından sənayeyə

Komandamız.

  • Mehmet SarıTəsisçi · CEO · PUA 3 pilotu
  • Semih MeralMarketinq direktoru · PUA 2 pilotu
  • Engin SezenƏməliyyat direktoru
  • Emre Göktuğ AktaşTexnologiya direktoru
  • Bahadır YıldırımMarketinq komandasının rəhbəri
  • Orçun SerinsöğütƏməliyyat meneceri · PUA 2 pilotu
  • Bayram SüleymanovPUA 1 pilotu
  • Nail BaşPUA pilotu
  • Yüksel YiğitalpPUA pilotu
  • Yusuf Cem TuranPUA pilotu

15 · İstinadlarTərəfdaşlar və müştərilər

Bizəetibaredənlər.

Kənd təsərrüfatından enerjiyə — birlikdə işlədiyimiz şirkətlər və işimizdə istifadə etdiyimiz DJI platformaları.

Müştərilər və tərəfdaşlar13 + 02 DJI
  • R-01Prime Cotton
  • R-02Azersun
  • R-03Astara Düyü
  • R-04Beta Tea
  • R-05Azərişıq
  • R-06Kraun Ko-R
  • R-07Azera Holding
  • R-08Sara Lizinq
  • R-09Agroland
  • R-10ULU Agro
  • R-11AgroDairy
  • R-12Dost Aqro
  • R-13Agro Lid
  • R-14DJI Enterprise
  • R-15DJI Agriculture

17 · Əlaqə

Bir mesajkifayətdir.

Xidmət, təlim və servis ilə bağlı suallarınız üçün bizə yazın və ya zəng edin.

Səmadan gələcəyi qururuq.

01 / 20 SƏHNƏ
WhatsApp