Real obyektin canlı məlumatla işləyən virtual surəti.
DJI Matrice 4E ilə oblik fotoqrametriya, Matrice 400 + Zenmuse L3 ilə LIDAR — bina, sahə və ya obyektin yüksək dəqiqlikli 3D modelini hazırlayırıq.
Dron görüntüləri IoT sensorlarının canlı məlumatları ilə birləşir və dinamik, interaktiv virtual model yaranır. Mümkün nasazlıqlar əvvəlcədən görünür — planlı texniki xidmət vaxta, xərcə və işçi qüvvəsinə qənaət edir.
Layihəni müzakirə et
3D modelləmə
Bina və obyektlərin rəqəmsal surətlərinin yüksək dəqiqliklə yaradılması.
Rəqəmsal əkiz
Fiziki aktivlərin IoT sensorları ilə canlı məlumatla idarə olunan virtual surəti.
Virtual tur
Məkanların havadan və yerdən 360° interaktiv gəzintisi.
Ağıllı daşınmaz əmlak
3D model və süni intellekt botları ilə dəstəklənən satış və təqdimat platforması.
Çəkilişdən idarə panelinə.
- Dronla çəkiliş — Matrice 4E (fotoqrametriya), Zenmuse L3 (LIDAR).
- Emal — nöqtə buludu və dəqiq 3D model.
- İnteqrasiya — IoT sensorları və mövcud sistemlər.
- Təhvil — veb panel, virtual tur, hesabat.
- Tikinti planlaması və infrastruktur yoxlaması
- Sənaye müəssisələrində proqnozlaşdırılan texniki xidmət
- Torpaq analizi və layihə təqdimatları
- Virtual turla yeni işçilərin adaptasiyası və əməyin təhlükəsizliyi təlimi
- Daşınmaz əmlak: cibinizdə satış ofisi
TikintiTikinti gedişatına nəzarət
Dövri dron çəkilişləri layihənin real vəziyyətini rəqəmsal modelə gətirir — plan ilə fakt eyni ekranda.
İdarə paneliSensor məlumatı xəritədə
Bir ekranda, real vaxtda.
Rəqəmsal əkiz müraciəti
Obyektinizi və məqsədinizi yazın — uyğun həlli birlikdə seçək.